Kimlər xiyardan uzaq durmalıdır?
E-saglam.az xəbər verir ki, bəzi insanlarda xiyara qarşı allergiya ola bilər. Həddindən atıq istehlak şişkinlik, ishal və ya qarın ağrısına səbəb ola bilər. Nitratlarla zəngin xiyar isə zəhərlənmə riski yarada bilər.
Xroniki qastrit, mədə xorası, xolesistit və pankreatitdən əziyyət çəkənlər təzə xiyar istehlakından çəkinməlidir. Çünki xiyardakı turşular bu xəstəlikləri şiddətləndirə bilər.
Turşu və duzlu xiyar mədə, bağırsaq, böyrək və ürək-damar problemi olanlar, habelə hipertoniya və diabet xəstələri üçün məsləhət görülmür. Tərkibindəki duz və sirkə xəstəlikləri kəskinləşdirə bilər.
Xiyar çiy, duzlu və ya turşu halda salatlarda, qəlyanaltılarda, içkilərdə istifadə olunur. Qısa meyvəli xiyar konservləşdirmə üçün, uzun salat xiyarları isə təzə yemək üçün uyğundur. Hibrid növlər isə hər iki məqsəd üçün yararlıdır.