Friday, May 23, 2025



ən son paylaşılan

“Heç kim o tərzdə təhqir edə bilməz. Mən oradan çörək qazanıram, ailəmə çörək gətirirəm və neçə ailə…” – Müğənnidən SƏRT AÇIQLAMA

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Vəfa qalmaqallı açıqlamalar verib.  İfaçı “bayağı” adlandırılmasından danışıb:

“Mənim sənətimə, oxuduğuma, janrıma, çörək qazandığım sahəyə bayağı deyən qələt edir. Başını daşdan daşa döyür. Heç kim bir insanı o tərzdə təhqir edə bilməz. Mən oradan çörək qazanıram, ailəmə çörək gətirirəm və neçə ailə dolandırıram. Belə çıxır ki, hamı bayağıdır? Ay ərzində 20 toya gedirəm, orada 300-500 adam olur, onu 1 il üçün hesablayanda, il ərzində nə qədərə gəlib çıxır. Siz bu qədər insana necə bayağı deyə bilərsiniz? Sizə bayağı desələr, nə deyərsiniz? Təhqir sayarsınız? Bunu özümə də tamaşaçıma da, ailəmə də təhqir sayıram”.


Ən son paylaşılan

ən çox oxunan