“Puluma arvad nəzarət edir, nəyim var, ondadır”.
News24.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elşad Qarayev “Qonaqcanlı” verilişində deyib.
Sənətçi qazancının həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib. O, oğlu, müğənni Rəvan Qarayevin də müstəqil yaşamasına baxmayaraq, pullarını anasına təhvil verdiyini etiraf edib:
“Büdcə evdə toplanır və evdən bölüşdürülür. Elə bil Mərkəzi Bank oradan pulları bölüşdürür. Büdcəyə də, banka da xanımım nəzarət edir. Oğlum Rəvanın da, mənim də nəyimiz varsa, qazancımızı evə gətirib xanıma veririk”.