Monday, May 19, 2025



ən son paylaşılan

Bu məhsullar marketlərdən yığışdırılır – Sağlamlığa CİDDİ TƏHLÜKƏ YARADIR

Cips dedikdə ilk ağla gələn məşhur markanın cipslərinin “həyat üçün təhlükəli” olması səbəbiylə təcili olaraq geri çağırılması qərarı verilib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qida Standartları Agentliyi (FSA) istehlakçılara ciddi xəbərdarlıq edərək, etiketləmə xətası səbəbindən qida məhsullarını təcili geri çağırıb.

Müəyyən edilib ki, 3D Trading şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” cipslərində allergen tərkibi ingilis dilində göstərilməyib.

Bu cipslərin tərkibində süd və soya var, lakin bu məlumat qablaşdırmada yer almadığı üçün allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradır. Süd və ya soya allergiyası olan şəxslərin məhsulu qətiliklə istehlak etməmələri vurğulanıb.


Ən son paylaşılan

ən çox oxunan