Monday, May 19, 2025



ən son paylaşılan

“Rusiya bu gecə qitələrarası raket buraxacaq”

Rusiya bu gecə “Yars” kompleksindən RS-24 qitələrarası ballistik raketini buraxmağı planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Məqsəd Ukraynaya, həmçinin AB və NATO-ya üzv dövlətlərə nümayişkaranə təzyiq və hədə-qorxu gəlməkdir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, raket Sverdlovsk vilayətinin Svobodnıy yaşayış məntəqəsi yaxınlığından buraxılacaq.

Üç pilləli bərk yanacaqla işləyən raketin uçuş məsafəsi 10 min km-dən çoxdur.


Ən son paylaşılan

ən çox oxunan