Wednesday, May 14, 2025



ən son paylaşılan

SON DƏQİQƏ! İntensiv yağış nəticəsində bu əraziləri SU BASDI, SEL GƏLDİ – FOTO

Gəncə şəhərində intensiv yağan yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün gecə saatlarından etibarən şəhərə güclü yağış yağıb.

Yağıntı nəticəsində bir neçə küçəni sel suları basıb. Avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Hazırda Gəncədə leysan xarakterli yağış davam edir.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bir sıra rayonlarda da yağıntılı hava şəraiti müşahidə olunur.


Ən son paylaşılan

ən çox oxunan