Tuesday, May 13, 2025



ən son paylaşılan

“Sən bilmirsən uşağın kimdəndir? Nə zibil yemisənsə…” – Əməkdar artist EFİRDƏ SƏRT AÇIQLAMALAR VERDİ

Əməkdar artist Elnarə Abdullayeva tənqidi açıqlama verib.

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi efir məkanını tənqid edib:

“İnsanların içərisində eləsi-beləsi var. Bu, elə-belələr çoxalmağa çalışır. Çıxıb danışırsan, sonra sosial şəbəkələrdə yazırlar ki, bu da belə danışır. Nə edək, əxlaqsızlığı təbliğ edək? İnsanların övladları televiziya izləyir. Arada deyirlər ki, televiziyadan deyil. Nə qədər sosial şəbəkələr olsa da, televiziyada nə desən, Xalq onu qəbul edəcək. Xalqın əksəriyyəti izləyir. Bəzən deyirlər, TikTok-da tanındı. Orada tanınmısansa, televiziyada nə işin var?

Deməli, televiziyanın aliliyi var. Televiziyanın rəhbərliyi uşağından tutmuş böyüyə qədər tamaşaçını qoruyacaq, hər kəsi efirə buraxmayacaq. Allah dünyasını dəyişən sənətkarlara rəhmət etsin. Biz onların yanında “salam”dan başqa söz danışa bilməzdik. Necə olsa danışarlar? Belə şey olar? Efirdə baxırsan ki, 15-20 yaşlı insanlar izləyir.

Bunun övladı var, bilinmir kimdəndir…Belə şey olar? Bunların yiyəsi yoxdur! Qardaşı, atası, anası, evi, eli olan bu sözü danışar? Sən bilmirsən uşağın kimdəndir? Nə zibil yemisənsə, efirdə demə, kənarda qalsın. Heç aparıcının da ixtiyarı yoxdur onu üzünə vursun. Bunu efirdə niyə deyirsiz?

Gənc övladlarımız var. Televiziyaya baxa bilmirəm, əsəb xəstəsi olmuşam. Şükür Allaha heç bir problemim yoxdur. Amma belə şeyləri efirdə verməzlər. Allahaqqı xalq pozulur. Gənc uşaqlardır, ağlı pozulur. Musiqi oxundan çıxıb. Azərbaycan xalqı qeyrətli, vicdanlıdır. Necə gəldi danışırlar?

Azərbaycanın elə oğulları, xanımları var ki, belinə tüfəng bağlayar, düşmən qarşısına çıxar.

Qadınlarımız belə deyil axı. Elə ikisini çıxarırısız efirə…”.


Ən son paylaşılan

ən çox oxunan