Monday, May 12, 2025



ən son paylaşılan

“Komedixana” ulduzlarının avtomobilləri: Görün siyahıda hansı maşınlar var

“Komedixana”nın ulduzları təkcə səhnədəki yumorları və parlaq rolları ilə deyil, şəxsi həyatları ilə də tamaşaçıların maraq dairəsindədir.

Milli.Az xəbər verir ki, onların seçdiyi maşınlar həm zövqlərini, həm də uğurlarını simvolizə edir. Kimisi bahalı, lüks avtomobillərinə üstünlük verir, kimisi isə rahat avtomobillərlə gündəlik həyatını bəzəyir. Avtomobilsiz yaşamağı seçənlər də var.

Bəs “Komedixana” ulduzları hansı avtomobillərə üstünlük verir?

Aktyor-ssenarist Ənvər Abbasov “Range Rover” markalı avtomobil idarə edir. Onun qiyməti 80-100 min manat civarıdır.

Aktyor Həsrət Həsənovun isə sahib olduğu avtomobil BMW-dir.

Aktyor Mənsur Şərif “Mercedes” markalı avtomobil idarə edir.

Aktrisa Zarina Qurbanova “Chevrolet Cruze” idarə edir. Onun qiyməti təxminən 20 min manatdır.

Aktrisa Mələk Kazımovanın daha öncə “Range Rover” markalı avtomobili olsa da, hazırda avtomobili yoxdur.

Aktrisa Xəyalə Quliyevanın seçimi “Nissan Kicks”dir. 30-40 min manat civarındadır.

Aktyor İlkin Misgərli “Gelly” markalı avtomobil idarə edir.

Aktyor Elgün Hüseynov “Range Rover” sevənlərdəndir.

Aktrisa Gülzar Əşrəfovanın hazırda avtomobili yoxdur. (musavat.com)


Ən son paylaşılan

ən çox oxunan