Aktyor Müşviq Şahverdiyev səmimi etiraflar edib.
Milli.Az xəbər verir ki, uşaq yaşda atasını itirdikdən sonra ailəsi ilə yaşadığı çətinlikləri dilə gətirən Şahverdiyev kövrək anlar yaşayıb.
“Lənkəranda evimizin yaxınlığında kafe var idi. Orada günə həmin vaxtın pulu ilə 2 məmmədə işləyirdim. Pulun vəziyyətinin yaxşı olmadığı zamanlar idi. 6-7-ci sinifdə oxuyurdum. Taylarımının futbol oynadığı vaxtları mən çalışmaqla xatırlayıram. Atamı itirində 6 yaşım olmamışdı heç, 1-ci sinifə getmirdim. Məktəbdə 4-5 il oxuduqdan sonra anladım ki, işləməyə ehtiyac var. Evdə bacım, anam vardı.
Atasızlıq hissi ilə tanış deyiləm. Elə yaşda dünyasını dəyişib ki, anlamırdım. Elə bilirdim ki, insan doğulur, onun bir valideyni olur. Həm ata, həm də ana funksiyasını daşıyır”.