Tuesday, May 13, 2025



ən son paylaşılan

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.


Ən son paylaşılan

ən çox oxunan