Sunday, May 11, 2025



ən son paylaşılan

Ərdoğan Putinlə telefonla danışdı: Türkiyə hazırdır!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.

Türkiyə lideri bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq. Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.


Ən son paylaşılan

ən çox oxunan