May ayı olmasına baxmayaraq, Bakıda gilasın qiyməti əl yandırır.
Milli.Az xəbər verir ki, paytaxtın mərkəzinə yaxın ərazilərdəki kiçik meyvə-tərəvəz mağazalarında gilasın kilosu 25-30 manata satılır.
Satıcılar həmin gilasın Xaçmaz məhsulu olduğunu əsas gətirərək belə baha satdıqlarını bildirirlər.
Nisbətən kənar ərzilərdə isə gilasın kilosu 5-11 manata satılır. /Globalinfo.az