Saturday, May 10, 2025



ən son paylaşılan

Gündəmi zəbt edən 495 kiloqramlıq kosmik gəmi Yerə düşdü – GÖRÜN HARA… YENİLƏNİB – FOTO

13:49

1972-ci ildə Sovet İttifaqı tərəfindən Venera planetinə göndərilən “Kosmos-482” adlı kosmik aparat uzun illər orbitdə qaldıqdan sonra Yerə düşüb.

Milli.Az xəbər verir ki, bu barədə “Roskosmos” rəsmi məlumat yayıb.

Bildirilib ki, sözügedən aparat 2025-ci il mayın 10-da Hind okeanına düşüb. “Kosmos-482” ötən əsrin 70-ci illərində Venera missiyası çərçivəsində buraxılmışdı, lakin texniki səbəblərə görə planetə çata bilməmiş və orbitdə qalmışdı.

09:04
2025.05.09

Təxminən 50 il əvvəl Veneraya göndərilən Sovet kosmik obyekti Yerə qayıdır.

Düşə biləcəyi ölkələr arasında Azərbaycanın da adı çəkilir.

1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan “Kosmos 482” kosmik gəmisi Veneraya enmək üçün nəzərdə tutulub, ancaq buraxılış mərhələsində nasazlıq səbəbindən obyekt Yerin orbitini tərk edə bilməyib.

Kosmik obyektin böyük hissəsi ilk 10 illikdə atmosferə girərək yoxa çıxıb.

İndi isə astronomlar həmin kosmik tullantıların müəyyən qalığının 53 il sonra Yerə düşəcəyini deyirlər.

ATV-yə danışan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılovun sözlərinə görə obyekt yer atmosferinə 10 may tarixində daxil olacaq.

Onun sözlərinə görə, Yer kürəsinin mənfi 52 dərəcə cənub N dairəsindən tutmuş 52 dərəcə şimal N dairəsinə qədər olan zolağından istənilən əraziyə düşə bilər.

Obyektin yarada biləcəyi qəza riski hər il baş verən meteor hadisələrinə bənzəyə bilər, yəni risk elə də yüksək deyil.

———

09.05.2025

1972-ci ildə SSRİ tərəfindən Venera planeti üçün buraxılan “Kosmos 482” adlı kosmik gəminin 53 il sonra Yerə düşməsi mümkündür. Alimlər bildirirlər ki, kapsulun quruluşu səbəbindən atmosferdə yanmadan yerə çatma ehtimalı yüksəkdir.

Kosmik gəmi buraxılış mərhələsində nasazlıq səbəbindən Yerin orbitini tərk edə bilməyib və böyük hissəsi ilk onillikdə atmosferə girərək yox olub. Lakin, diametri təxminən bir metr olan eniş kapsulu 53 ildir ki, elliptik orbitdə fırlanır və alimlər bunun yaxın günlərdə nəzarətsiz şəkildə Yerə düşəcəyini ehtimal edirlər.

Kosmos 482-nin ilk hissələri Yeni Zelandiya sahillərinə düşüb, bu isə Sovet kosmik gəmisinin Yerə qayıtmasının ilk əlamətləri olub. Hollandiya astronomu Marko Lanqbroek, mayın 10-da bu hissənin yenidən atmosferə girəcəyini proqnozlaşdırır və obyektin Yerə təxminən 242 km/saat sürətlə çırpılacağını qeyd edir. Lanqbroek, qəza riskinin hər il baş verən təsadüfi meteor hadisələrinə bənzədiyini bildirib və bu səbəbdən narahat olmağa ehtiyac olmadığını vurğulayıb.

Trişkinin sözlərinə görə, bu hissəciklər orbiti tərk edərək bir neçə gün ərzində yerə çatacaq. Kosmik gəminin hissələrindən biri və raketin “Blok L” adlı mərhələsi hələ də elliptik orbitdə qalır. Hissə 495 kiloqram ağırlığında olub, ən yüksək nöqtəsi Yerdən 9800 kilometr, ən aşağı nöqtəsi isə 2010 kilometr yüksəklikdədir.

Kosmik gəmi Veneranın sıx atmosferinə tab gətirmək üçün qurulub, buna görə də atmosferdə böyük yanma və kül əmələ gəlmədən Yerə düşməlidir. Trişkin, modulun strukturunun tamamilə toxunulmaz qalmasının ehtimalı az olduğunu bildirib, çünki müşahidələr paraşütün əvvəlcə buraxıldığını göstərir. Orbital hesablamalar isə bu hissənin quruya düşəcəyini göstərir, buna görə də Misir, Suriya, Türkiyə və Azərbaycanda yaşayış məntəqələrinin risk altında olduğu vurğulanıb.

Modul proqnozlaşdırıldığı kimi 150 mil/saat sürətlə düşərsə, yaranan partlayış enerjisi təxminən 1,1-1,2 meqajoul olacaq, bu isə bir neçə yüz qram trotilin partlayışına bərabərdir. “Kosmos 482″nin Yerə düşməsi gözlənilən tarixlər 8-14 may arasında olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:


Ən son paylaşılan

ən çox oxunan