“Qız axtaranda tələb edirlər ki, “İnstagram”ı olmasın”.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı deyib.
O, azxeber.com-un “Gəl danış” rubrikasına müsahibəsində bir sıra məsələlərdən söz açıb:
“Bu bir bəladır. Niyə? Çünki hazırda gənclərimizin gözü çox açıqdır. Azadlığın meyarı dəyişdiyi üçün oğlanlar da evlənmək üçün qız tapmaqda çətinlik çəkirlər. Mən elə ailə tanıyıram ki, qız axtaranda tələb edir ki, “İnstagram”ı olmasın. Amma bu mümkün deyil. İndi oğlanlar evlənməyə qız tapa bilmir, qızlar də ərə getməyə oğlan. Çünki hər şey o qədər açıq-aydın göz önündə baş verir ki… Qızı ərə verirsən, bir ay olmamış görürsən ki dava-dalaş başladı. Oğlanı evləndirirsən, 3 ay sonra eşidirsən ki, gəlinin deyingənliyi başlayıb. İndi gənc ailələr bir-birinə güzəştə gedə bilmirlər. Bizim analarımız, nənələrimiz ciddi güzəştlərə gedirdilər. Ona görə də ailələr uzunmüddətli olmur”.