Tuesday, May 6, 2025



ən son paylaşılan

Azərbaycanı gözləyən fəlakət: Yarım tonluq aparat yerə enir

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisinin qalıqlarının düşəcəyi gözlənilir. Məlumata görə, bu, 1972-ci ildə Veneraya buraxılan, lakin Yerin orbitində qalan “Kosmos-482” stansiyasının eniş moduludur.
“Texas Herald” teleqram kanalında kosmos mövzularına həsr olunan materiallarla çıxış edən Georgi Trişkinin sözlərinə görə, orbital parametrlər əsasında aparılan hesablamalar onu göstərir ki, stansiyanın qalıqları böyük ehtimalla quruya düşəcək. Onun xüsusilə Misir, Suriya, Türkiyə və Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə riski var.
Bəs Azərbaycan üçün təhlükə nə dərəcədə realdır?

Bakupost.az
Mövzu ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov Bakupost.az -a açıqlamasında bildirib ki, “Kosmos-482″ stansiyası 31 mart 1972-ci ildə Baykonur kosmodromundan Veneraya göndərilib. Lakin start zamanı texniki nasazlıq səbəbindən kosmik aparat Yer orbitində qalıb:
“Ötən illər ərzində bu aparat 4 hissəyə bölünüb. Bu hissələrin ikisi Yer atmosferində yanıb, ikisi isə qalıb. Hal-hazırda Yerə yaxınlaşan, çəkisi 495 kq olan eniş moduludur. Eniş modulu Venera planetinə enmək üçün nəzərdə tutulduğundan istiyə davamlıdır. Ona görə də onun yanıb parçalanmadan Yerə düşmə ehtimalı böyükdür. Onun Yerə düşərkən sürəti 242 km/saat ola bilər. Hesablamalara görə, bu aparat Yerə 8–14 may tarixləri arasında düşə bilər. Düşəcəyi yerlərlə bağlı ehtimallar mövcuddur. Bu yerlərin siyahısında Azərbaycan da var. Amma nəzərə almaq lazımdır ki, bu hesablamalar təxmindir. Dəqiq düşmə yerini hesablamaq çətindir. Arzu edək ki, okeana və ya səhraya düşsün. Kosmosda belə zibillər çoxdur. Kosmosu zibillərdən təmizləmək üçün proqram işlənib hazırlanmalıdır”.

Ən son paylaşılan

ən çox oxunan