Sunday, May 4, 2025



ən son paylaşılan

Helikpoter YERƏ ÇIRPILDI – 1 nəfər HƏLAK OLDU, YARALILAR VAR

Çinin şərqində yerləşən Suçjou şəhərində helikopter qəzası nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb. Lent.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Agentliyin yazdığına görə, qəza “Robinson R44 II” markalı helikopterin təxminən 10 metr yüksəklikdən yerə çırpılması nəticəsində baş verib.

Həlak olan şəxs yerdə olub. Helikopterdə olan dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.


Ən son paylaşılan

ən çox oxunan