“Paytaxtda tikilən yeni binaların əksəriyyəti zəlzələyə davamlıdır”. Bu fikri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Baku TV-nin “Aktual Gündəm” verilişində səsləndirib.
Ekspertin sözlərinə görə, bəzi binalar isə zəlzələyə davamlı deyil: “Bunlar əsasən 3 mərtəbəli kimi layihələndirilmiş, lakin 12 mərtəbəyə qədər ucaldılmış tikililərdir. Belə binalara xüsusilə Abşeron və Xətai rayonlarında daha çox rast gəlinir. Ən böyük faciə gələcəkdə məhz həmin binalarda baş verə bilər”.