Saturday, May 3, 2025



ən son paylaşılan

“Bir də üzünü göstərməyəcəm, qısqanmağa başlamışam.. “Kənardan baxanlar deyir ki…” – Kamil Zeynallıdan AÇIQLAMA

Fitnes məşqçisi Kamil Zeynallı “Bir gün” verilişinin qonağı olub. Publika.az xəbər verir ki, idmançı qızı barəsində maraqlı açıqlama verib.

“Kənardan baxanlar deyir ki, Kamil ideal atadır, çox sağ olsunlar. Çalışıram ki, görənlərə nümunə olam. Qızımın uşaq vaxtından müxtəlif xoş anlarını bağça, məktəb, gəzməklərimizi çəkib paylaşmışam. Övladlarına soyuq olan valideynlərə bir növ nümunə kimi göstərməyə çalışmışam. Artıq böyüyüb, üzünü paylaşmıram. Özü deyir ki, paylaşırsansa, tam ver. Cavab verirəm ki, səni bölüşə bilmirəm, çox qısqanıram. Uşaq böyüyəndə üz cizgiləri də dəyişir, boyda mənə çatır. Balaca olanda hara gedirdiksə, tanıyırdılar. İndi efirlərlərdə, sosial şəbəkələrdə bacardığım qədər görünməməsinə çalışıram”, – deyə Kamil qeyd edib.

(Milli.az)


Ən son paylaşılan

ən çox oxunan