Friday, May 2, 2025



ən son paylaşılan

CİDDİ TƏHLÜKƏ! Bu ölkədə sürətlə yeni infeksiya yayılır – Daimi əlillik və ölümə səbəb ola bilir

Səlahiyyətlilər Böyük Britaniyada sürətlə yayılan və daimi əlilliyə, qəfil ölümə səbəb ola biləcək infeksiya ilə bağlı xəbərdarlıq edib. Publika.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Bildirilib ki, İngiltərədə sürətlə “Menenjit W” infeksiyası artmağa başlayıb. Qəfil ölümə də səbəb olan infeksiya insanları bir növ əlil edir. Beyin və onurğa beynini əhatə edən membranların iltihabına səbəb olan “Meningit W” sürətlə inkişaf edən infeksiyalardan biridir. Xəstəlik ağız və burun yolu ilə ötürülür.

Onun simptomları qripə bənzəyir. Yüksək hərarət, şiddətli başağrısı, boyunda sərtlik, ürəkbulanma, halsızlıq kimi əlamətlərlə başlayır. Lakin infeksiya tez yayılaraq qan zəhərlənməsinə, beyin zədələnməsinə və qıcolmalara səbəb olur.

Həkimlər xəbərdarlıq edir ki, xüsusilə Səudiyyə Ərəbistanına səfər edənlər on gün əvvəlcədən “MenACWY” peyvəndi olmalıdırlar.


Ən son paylaşılan

ən çox oxunan