Wednesday, April 30, 2025



ən son paylaşılan

DİQQƏT! Kommunal xidmətlərlə bağlı YENİLİK EDİLDİ – Mayın 1-dən qüvvəyə minir

Mayın 1-dən kommunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradılır. Bu o deməkdir ki, kommunal xidmətlər artıq rəqəmsal formada idarə olunacaq. Artıq kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aiddiyatı sistemlərin inteqrasiyası üzrə yol xəritəsi də təsdiqlənib.

Bəs yeniliklər nə vəd edir?

Milli.Az xəbər verir ki, artıq bir abunəçi kodu ilə bütün kommunal xidmətləri ödəmək mümkün olacaq. Bunun üçün vahid informasiya sistemi yaradılır. Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid formadan əldə etməyə, ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən vacibi isə bu sistem vasitəsi ilə insanlar vahid portal üzərindən elektrik, qaz, su və istilik üzrə borclarını sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.

Ətraflı

Qeyd edək ki, gələcəkdə elektrik, su, qaz və sigər sayğaclar tam ağıllı sayğaclara çevrilə bilər. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə formasında tətbiq olunacaq.


Ən son paylaşılan

ən çox oxunan