“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm”. Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Onun sözlərinə görə, qolu xəstəxanada rentgen müayinəsi olunub: “Hazırda müalicə alıram. Qolum gipsdədir”,- sənətçi bildirib. Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasına müalicə alıb.