Sunday, April 27, 2025



ən son paylaşılan

XƏBƏRDARLIQ! Yağış yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək – SABAHIN HAVA PROQNOZU AÇIQLANDI

Bakıda və Abşeronda qısamüddətli yağış gözlənilir. Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Rayonlarda hava şəraiti aprelin 29-u gündüzədək yağıntılı olacaq

Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bəzi bölgələrdə leysan, dolu və sulu qar yağması ehtimalı var.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, sel və daşqın riski var

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.


Ən son paylaşılan

ən çox oxunan