Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin son durumu açıqlanıb. Milli.Az xəbər verir ki, bu barədə sənətçinin qızı Samirə Mirəliyeva Oxu.az-a açıqlama verib. O bildirib ki, atasının vəziyyəti qənaətbəxşdir: “İndicə reanimasiyadan çıxarıb palataya köçürdülər”.
Qeyd edək ki, sənətçinin xanımı Anaxanım Mirəliyeva açıqlamasında ərinin xəstəxanaya yerləşdirildiyini bildirmişdi: “Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar”.
———
10:09
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a açıqlama verib:
“Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar”, – deyə sənətkarın xanımı bildirib.