Saturday, April 26, 2025



ən son paylaşılan

Əməliyyat olundu, ayılanda başqa dildə danışmağa başladı – HƏKİMLƏR ŞOKDA!

Türkiyənin Konya şəhərində dizindən əməliyyat olunan və daha sonra insult keçirən kişi başqa dildə danışmağa başlayıb. Publika.az xəbər verir ki, Danimarkada 20 il yaşayan və 10 il əvvəl ailəsi ilə birlikdə Konyaya köçən Rahmi Karademirin diz əməliyyatından iki gün sonra halı pisləşib. Selçuk Universitetinin Tibb Fakültəsində aparılan müayinələr zamanı Karademirin beynindəki damarlardan birinin tıxandığı məlum olub.

Əməliyyatdan sonra türk dilində danışa bilməyən Karademir illərlə istifadə etmədiyi danimarka dilində danışmağa başlayıb. Bu vəziyyət ailəsi və həkimlərdə təəccüb doğurub.

Kişi bildirib ki, türk dilini başa düşür, ancaq danışa bilmir. Bu səbəbdən də o, panikaya düşüb.

Nevroloq professor Gökhan Özdemir bu halın nadir olduğunu və beynin dil mərkəzinə zərər dəyəndə bəzən ikinci dilin aktivləşdiyini qeyd edib. Həkimlər onun əvvəlki halına qısa zamanda qayıdacağını proqnozlaşdırırlar. (Milli.az)


Ən son paylaşılan

ən çox oxunan