Moderator.az xəbər verir ki, Türkiyənin Qərbindəki Kütahya vilayətində 4,5 maqnitudalı zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Zəlzələnin ocağı 8,81 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.