Tailandda kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb. Hadisə yerli vaxtla saat 08:00 radələrində (Bakı vaxtı ilə 05:00) Fetçaburi əyalətinin Ça-am bölgəsində baş verib. Tailandın aviasiya rəsmiləri və polisi təyyarə qəzasının səbəblərini araşdırmaqdadır.