Lerikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, nəticədə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.
Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.