Saturday, April 26, 2025



ən son paylaşılan

Ördəyi nişan alıb kürəkənini öldürdü – Ov zamanı DƏHŞƏT

Rusiyanın Kamçatka bölgəsində kişi ov zamanı kürəkənini güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 18-də baş verib. 65 yaşlı kişi 35 yaşlı kürəkəni ilə qayıqda olarkən bir ördək görüb və tüfəngi ona tərəf yönəldib. Kişi kürəkəninin yanında olduğunu düşünüb və ördək havaya qalxarkən ona 1 dəfə atəş açıb. Bu zaman ehtiyatsızlıqdan kürəkənini vurub.

Güllə zərərçəkənin sinəsinə dəyib. Qısa müddət sonra o, aldığı yaralardan dünyasını dəyişib. Hadisə əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu ( ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə bağlı cinayət işi açılıb.

Hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını müəyyənləşdirirlər.


Ən son paylaşılan

ən çox oxunan