Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov tərəfindən jurnalistlər üçün ödənişsiz göz əməliyyatları və müayinələr həyata keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günal Aslanova məlumat verib.
O bildirib ki, əməliyyatlar aprel ayının 28 və 29-na planlaşdırılıb.
“Əməliyyat və müayinə üçün jurnalistlərin qeydiyyatdan keçməsi kifayətdir”.