Wednesday, April 23, 2025



ən son paylaşılan

Bu restoranda müştərilərə nəcisdən hazırlanmış yemək verilir – 920 manata

Şanxayda qonaqlara əsas yemək kimi fil nəcisi verən qeyri-adi restoran açılıb. Publika.az “South China Morning Post”a istinadən xəbər verir ki, bu cür 15 yeməkdən ibarət nahar qurmanlara 44 min rubla (920 manat) başa gələcək.

Qeyd olunur ki, “Fil peyinində çiçəklər” desertinə meyvə mürəbbəsi, bitki tozcuqları və bal şərbəti ilə bəzədilmiş qurudulmuş, dezinfeksiya edilmiş fil nəcisi daxildir.

Bu restoranda hətta daha qəribə yeməklər də var. Belə ki, müəssisənin qonaqlarına dibçəkdəki çiçəklərin yarpaqlarını sousla dadmaq, həmçinin çürük ət iyi verən, üfunət qoxuyan rafflesiya çiçəklərindən yemək təklif olunur.

Restoranın iki sahibi var: biri Şanxaya Fransadan, digəri isə Çinin Yunnan əyalətindən gəlib. Onlar müəssisəni açmadan əvvəl yeddi il Yunnan tropik meşələrini öyrəndiklərini söyləyiblər.


Ən son paylaşılan

ən çox oxunan