Thursday, April 24, 2025



ən son paylaşılan

Bakıda dəhşətli qəza: Həlak olanlar və çox sayda yaralılar var

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Mercedes Sprinter” markalı mikroavtobusun aşması nəticəsində ağır qəza baş verib.

Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.


Ən son paylaşılan

ən çox oxunan