Tuesday, April 22, 2025



ən son paylaşılan

“Yazdığım şeirləri bəyənmirəm deyə bilməzsiniz…” – Elza Seyidcahandan QALMAQALLI AÇIQLAMA

Əməkdar artist Elza Seyidcahan müğənni Elçin Cəfərovla aralarında yaranan qalmaqaldan danışıb. Milli.Az bildirir ki, sənətçi verilişlərin birində Əməkdar artistin şeirləri barədə “Bu, abırlı bir şey deyil, ayıb bir şeydir” söyləmişdi.

Barışıq addımının Elçindən gəldiyini deyən Seyidcahan bu sözləri ilə yeni qalmaqalın toxumunu səpib:

“Bu yaxınlarda Elçin Cəfərov yazdığım şeiri başa düşməmişdi. Bəstəkar Tərlan Məmmədhüseynovun səs yazma studiyasında üz-üzə gəldik. Elçin gəldi məni öpdü. Sağolsun o məni böyük kimi gördü və mənə dedi ki, məni qınamayın amma yazdığınız şeiri başa düşmürəm. Ona Məhəmməd Füzulidən, Nizami Gəncəvidən, Nəsimidən, Əliağa Vahidin şeirlərindən bir neçə misra dedim, təhlil etdim. Amma o, sonda dedi ki, mən yenə başa düşmədim. Təkcə mənim deyil, adını sadaladığım şairlərin də şeirlərini başa düşmədi. Buna görə də Elçindən incimədim. Ona dedim ki, sən mənə şər və böhtan atıb deyə bilmərsən ki, Elza tərbiyəli yazmır. O sözü sən mənə deyə bilmərsən. Heç kim mənə deyə bilməz. Kim əgər tərbiyəli fikirləşmirsə tərbiyəsiz onun özüdür. Yazdığım şeirləri “bəyənmirəm” deyə bilmərsiniz, “başa düşmürəm” deyə bilərsiniz”.


Ən son paylaşılan

ən çox oxunan