Wednesday, April 23, 2025



ən son paylaşılan

“O qədər dedilər ki, görünüşümdə problemlər var. Artıq plastik əməliyyatlara girməkdən birtəhər olmuşam…” – MÜĞƏNNİ AÇIQLAMA VERDİ

Müğənni Günel Ələkbərova sosial şəbəkələrdə ona qarşı olan aqressiyadan danışıb. Milli.Az xəbər verir ki, ifaçı səbəbsiz yerə qınandığını düşünərək həmin insanlara üzünü tutub.

“Sosial şəbəkələrdə mənə qarşı aqressiya var. O qədər dedilər ki, görünüşümdə problemlər var. Artıq plastik əməliyyatlara girməkdən birtəhər olmuşam. Nə etsəm, heç kimi razı sala bilmirəm. Tənqidləri bitmək bilmir.

Özünüzü yormayın, daha əməliyyata gedəsi deyiləm. Efirdə uyğunsuz hərəkətlər edən müğənninin videosunun şərh bölümündə elə gözəl rəylər yazırlar ki… Mənə gəldikdə isə yazılanlar xoşuma gəlmir. Mənə qarşı olan nifrətinizin səbəbi nədir? Heç kimdə işim yoxdur”.


Ən son paylaşılan

ən çox oxunan