Tuesday, April 22, 2025



ən son paylaşılan

“Bu, ailə deyil artıq, elə yaşamaq olmaz…” – Aysel İbrahimova AÇIQLAMA VERDİ

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa və müğənni həyat yoldaşı Aysel İbrahimova ilə ailə həyatından danışıb. Milli.Az xəbər verir ki, onların səmimi açıqlamaları marağa səbəb olub.

İbrahimova ailə daxili küsülülük hallarını gözlər önünə sərib:

“Küsülülük olmasa, maraqsız olar. Elə ailə yoxdur ki, nəsə baş verməsin. Normal haldır. İlk güzəştə gedən Hüseyn olur. Ümumiyyətlə, hər ikimiz uzun müddət danışmadan qala bilmərik. 3 gün, yaxud aylarla küsülü qalanlar var. Elə şeyləri anlamıram.

Bu, ailə deyil artıq, elə yaşamaq olmaz. Heç biri addım atmır. Mən şəxsən elə yaşaya bilmərəm. Aramızda olan soyuqluğun müddəti maksimum bir neçə saatdır. Əgər anlaşılmamazlıq varsa, iki insan danışaraq həll etməlidir”.


Ən son paylaşılan

ən çox oxunan