Monday, April 21, 2025



ən son paylaşılan

Aktrisa rəfiqəsini niyə öldürüb? – ŞOK detallar üzə çıxdı – FOTO

Türkiyədə aktrisanın rəfiqəsini öldürməsi barədə məlumat vermişdik. Milli.Az xəbər verir ki, aktrisanın tanışları cinayətlə bağlı ifadə veriblər. Onlar rəfiqəsini qətlə yetirən Sevil Akdağın həmin gecə sərxoş olduğunu bildiriblər.

Aktrisa Sevil Akdağ yaxın rəfiqəsi Elif Kıravla mübahisə etdikdən sonra onu bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı səs-küy eşidən qonşular dərhal polis və təcili tibbi yardım çağırıblar. Kamera görüntülərini araşdıran polis qısa müddətdə Sevil Akdağı Esenyurtda yaxalayaraq nəzarətə alıb.

Elif Kırav Sarıyer Kilyos qəbiristanlığında torpağa tapşırılıb. Bacısı Müzəyyən Malat bacısının qəddarcasına öldürüldüyünü bildirib.

Polis bölməsində dindirilən Sevil Akdağ daha sonra məhkəməyə çıxarılaraq həbs edilib.

Elif Kıravın yaxın dostu Bade Taş verdiyi açıqlamalarda Sevil Akdağın uzun müddətdir Elifə qarşı fərqli münasibət göstərdiyini deyib. Onun sözlərinə görə Sevil nə vaxt alkoqollu içki içsə və ya başqa maddələr qəbul etsə, Elifə zəng edib, ağlayıb və təkliyindən şikayətlənibmiş.

Cinayətin baş verdiyi gecə Elif və dostları əyləncə məkanında olublar. Sevil Akdağ oradan “gecəni səninlə davam etdirməyəcəm” deyərək çıxıb. Elif isə başqa bir dostuyla başqa yerə gedib.

Bade Taş bildirib ki, Sevil həmin gecə dəfələrlə Elifə zəng edib, Elif isə onun gələrək problem yaratmasını istəməyib. Səhərə yaxın Sevil Elifin evinə bıçaqla gəlib, telefonunu da qapının ağzına qoyaraq heç kimin ona çatmamasını təmin edib.

Səhər ortaya çıxan mənzərə isə dəhşətli olub. Elifin bədənində 35-dən çox bıçaq yarası aşkar edilib. Onun qaşından ürəyinə, belindən ayaqlarına qədər hər yeri deşilib.

Bade Taş bu hadisənin anlıq əsəb yox, əvvəlcədən planlanmış bir qətl olduğunu deyib. Elifin dostları da Sevil Akdağın davranışlarının əvvəldən sağlam olmadığını düşündüklərini bildiriblər.

Məqaləyə dair fotomateriallar:


Ən son paylaşılan

ən çox oxunan