Kənd evlərinin sahibləri çox vaxt bilmirlər ki, adi görünən bəzi ağaclar həyətlərində fəlakət riski yarada bilər.
Lent.az-ın xarii mediaya istinadla xəbərinə görə, müəyyən növ ağaclar ildırım vurma riskini artırır, bu da həm binalar, həm də insanlar üçün ciddi təhlükə yaradır.
1. Palıd
Palıd ildırım vurması üçün ən çox həssas olan ağac hesab olunur. Hündürlüyü və sıx ağac quruluşu onu ideal elektrik keçiricisi edir. Tarixi inanclarda palıd tanrıların qəzəbi ilə əlaqələndirilirdi. Müasir elm isə sübut edir ki, ildırımlar ən çox məhz palıdlara düşür.
2. Qovaq
Zahirən zərərsiz görünsə də, qovaq da təhlükəlidir. Onun hündür gövdəsi və səthi kök sistemi ildırım riskini artırır. Əlavə problem isə – budaqların tez qırılmasıdır, bu da elektrik xətlərini zədələyə və ya yanğına səbəb ola bilər.
3. Şam ağacı
Şam ağacı çox zaman sakit bir landşaft bəzəyi kimi qəbul olunur. Amma:
Qatrana bənzər qabığı və dik böyümə forması onu təbii “ildırımötürən”ə çevirir. İldırım şama düşdükdə, o çox vaxt parçalanır və yanan taxta qırıntılarını on metrlərlə ətrafa saçır.
Nə etməli – Təhlükəni necə azaltmaq olar?
Şam ağaclarını əkərkən, onları sahənin kənarında, tikililərdən uzaqda qrupa salın. İldırım daha çox tək və hündür obyektlərə düşür, buna görə tək-tək əkilən ağaclar təhlükəlidir. Müasir yerə birləşdirmə (torpaqlama) sistemləri əlavə təhlükəsizlik yaradır.
Təhlükə təkcə yanğınla bitmir
İldırımın ağaca düşməsi ilə ətrafdakı hava sürətlə qızır və partlayışa bənzər zərbə dalğası yaradır. Bu dalğa pəncərələri qıra, divarları zədələyə bilər. Hətta ev bir qədər uzaqda olsa belə, nəticələr dağıdıcı ola bilər.
Ən yaxşı həll yolu – düzgün planlaşdırma
Palıd və qovaq əvəzinə aşağıboylu, geniş yarpaqlı tacı olan ağaclar seçmək tövsiyə olunur:
Alma ağacı
Armud ağacı
Dekorativ kollar
Bu cür bitkilər daha təhlükəsizdir və qulluq edilməsi də asandır.