Saturday, April 19, 2025



ən son paylaşılan

Əyləc tutmur, mühərrik anidən sönür… – Bu məşhur avtomobil modelinin 148 min maşını geri çağırılır

“Ford” minlərlə avtomobilini geri çağırır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, “Ford” şirkəti iki texniki nasazlıq səbəbilə 148 mindən çox avtomobili geri çağırmaq qərarı verib. Problem əyləc sistemi və mühərrik idarəetmə blokundakı nasazlıqlarla bağlıdır.

ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) “Ford”un 123 min 611 avtomobilini əyləc mayesi sızması ehtimalına görə geri çağıracağını açıqlayıb. Bildirilib ki, bu sızma əyləcin zəifləməsinə və avtomobilin dayanmada gecikməsinə səbəb ola bilər.

Geri çağırmaya 2017-2018-ci illərə aid “Ford F-150”, “Expedition” və lüks sinfə aid “Lincoln Navigator” modelləri daxildir. Ford bu avtomobillərin əyləc sistemindəki əsas hissələrdə – məsələn, əsas silindr və ya əyləc gücləndiricisində nasazlıq aşkarlanarsa, həmin detalların servis mərkəzlərində pulsuz dəyişdiriləcəyini bildirib.

İkinci geri çağırma isə 2025-ci il buraxılışlı 24 min 655 ədəd “Explorer SUV”modelinə aiddir. Bu avtomobillərdə proqram təminatında olan xəta səbəbilə mühərrik özü-özünə sönə bilər və ya park sistemi işləməyə bilər.

“Ford” sahiblərə xəbərdarlıq edib ki, ən qısa zamanda rəsmi servisə müraciət edib pulsuz proqram yenilənməsi etdirməlidirlər. Avtomobil sahibləri isə təhlükəsiz sürüş üçün bu cür geri çağırmaları mütəmadi izləməli və servis mərkəzləri ilə əlaqədə olmalıdır.


Ən son paylaşılan

ən çox oxunan