Saturday, April 19, 2025



ən son paylaşılan

“Bir siz qalmışdınız bunu deməyən. Ən acığıma gələn sözdür…” – Əməkdar artistin bu sözü EFİRDƏ GÜNAYI BƏRK ƏSƏBİLƏŞDİRDİ

Əməkdar artist Nüşabə Ələsgərli ilə aparıcı Günay Baxşəliyeva arasında narazılıq yaşanıb.

Milli.Az xəbər verir ki, müğənni “Zaurla Günaydın” verilişində aparıcı Zaur Baxşəliyevdən “Quymaq” bişirməsini istəyib. Zaurun bunu bacardığını eşitən N.Ələsgərli Günaya “Bəxtəvər başına, quymaq bişirən həyat yoldaşın var” sözlərini söyləyib.

Günay isə əsəbiləşərək “Bir siz qalmışdınız bunu deməyən. Ən acığıma gələn sözdür, deməyin. Sevmirəm onu. Demək olar ki, xoşbəxtsən. “Bəxtəvər olasan” deyəndə də sevmirəm” sözlərini söyləyib.

Müğənni isə “Günay düz deyir. İstəyərək desəm də gözüm dəyə bilər. Hər adamın əri “Quymaq” bişirə bilmir. Ona görə dedim” cavabını verib.  (Axşam.az)

Milli.Az


Ən son paylaşılan

ən çox oxunan