Friday, April 18, 2025



ən son paylaşılan

“Xəyanət edən qadınlar ən çox xərçəng və digər xəstəliklərə tutulurlar…” – Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov

Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb, qorumayıb. Xəyanət eləmək onun ruhunda, düşüncə tərzində belə yoxdur. Buna görə də səbəb axtarmır. Azərbaycan xanımı el-obasını, nəslini, atasını, babasını, qardaşlarını , bacılarını, qızını, oğlunu və s. göz önündə saxlayır.

Milli.Az xəbər verir ki, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib.

Ətraflı

“Milli adətlərimizə görə xəyanət edən qadının nə qızını, bacısını, bacı qızlarını alarlar, nə də oğluna qız verərlər. Milli düşüncəmizdə “qız bibisinə çəkər” və “anası çıxan ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Ana, bacı, qız, xanım, xatun, bikə, arvad məhvumlarının heç biri özündə xəyanət anlayışına yaxın da gəlmir. Qadın fiziologiyası, sağlamlığı da, bütün ilahi dinlərin qanunları da bunun əksinədir. Xəyanət edən qadınlar ən çox xərçəng və başqa xəstəliklərə tutulurlar. Təmizlik qadının özündəndir. Bu ya var, ya da yox…” – T.Əmiraslanov əlavə edib.


Ən son paylaşılan

ən çox oxunan