Saturday, April 19, 2025



ən son paylaşılan

Bakıya “ölüm qrupu” göndərən Fransa kəşfiyyatı de-şifrə oldu – ŞOK FAKTLAR

Azərbaycana “ölüm qrupu” göndərdiyi haqda məlumatlar yayılan Fransanın kəşfiyyat şəbəkəsi de-şifrə olur.

Publika.az xəbər verir ki, qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşan “Intelligence Online” (IO) saytı Makronun “sağ qolu” olan və “qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın rəhbərlik etdiyi casus şəbəkəsinin ifşa edildiyini yazır. Fransa kəşfiyyatı haqda mediaya sızan informasiyalar da bunu təsdiq edir.

Casus şəbəkəsi Balkanlardan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada aktiv fəaliyyət göstərib. Məlumatlara görə, Makron xarici kəşfiyyat fəaliyyətinə xüsusilə önəm verir və xarici siyasətini də bu istiqamətdə həyata keçirir. Xarici kəşfiyyat şəbəkəsinin gücləndirilməsində Fransa prezidentinə əks-kəşfiyyatın keçmiş rəhbəri Pierre de Bousquet de Florian dəstək verir. Makron üç il öncə Floriana bu işlə bağlı göstəriş verib.

Fransalı hərbi ekspertlər Makronu “ölkəni casuslarla idarə etməkdə” ittiham edirlər. Fransa mənbələri də təsdiq edir ki, Makronun hakimiyyətə gəlişi və iqtidarda qalmasını təmin edən güclər arasında kəşfiyyatın xüsusi payı var. Makron bunun qarşılığında hər il kəşfiyyat xidmətlərinə ayrılan büdcəni artırır. 2017-ci ildə 2,4 milyard avro olan büdcə 2023-cü ildə 3,1 milyard avroya qədər yüksəlib.

Makronun təşəbbüsü ilə qurulan Milli Kəşfiyyat və Terrorla Mübarizə üzrə Koordinasiya Birliyi isə genişləndirilir. Əvvəllər 6 nəfər olan Birliyin idarə heyəti hazırda 30 nəfərə çatdırılıb. Yelisey Sarayına yaxın mənbələr Makronun bu birliyə “həftəlik xarici kəşfiyyat vəzifələri verdiyini” bildirir. Təlimatlar “P3” və ya “E3” kimi kodlarla şifrələnir. Kəşfiyyat qurumunun toplantıları Yelisey sarayının ən təhlükəsiz yeri olan və nüvə sığınacağı üçün ayrılan Jüpiter Komanda Mərkəzində keçirilir. Toplantılara elektron cihazlar və telefonlar daxil edilmir. Makron verilən tapşırıqların icrası ilə bağlı hər 3, yaxud 4 aydan bir geniş hesabat tələb edir.

Makronun direktivi ilə DGSE casuslarının bütün Balkan coğrafiyasına yayıldığı deyilir. Gizli saxlanılan Balkan casus qrupu DGSE içində “Polias” adlandırılır.

Mənbələr Makronun Azərbaycana göndərdiyi “casus qrupu”nun uğursuzluğa düçar olduğunu bildirirlər. Azərbaycan kəşfiyyatı Fransanın indiyə qədər Bakıda gerçəkləşdirmək istədiyi planlarının qarşısını alıb.


Ən son paylaşılan

ən çox oxunan