“Şagirdlərin ünvana rahat çatması üçün “Məktəbli avtobusu” layihəsinin həyata keçirilməsi planlaşdırılır”.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib.
Emin Əmrullayevin sözlərinə görə, paytaxtdakı məktəbli avtobusu layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.