Saturday, April 19, 2025



ən son paylaşılan

“Evimizin mələyidir, bir neçə paltarını özümdə saxlamışam.. Arada bir onları iyləyirəm…” – ƏMƏKDAR ARTİST NÜŞABƏ ƏLƏSGƏRLİ

Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib. OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

“Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gün Bakıda qaldılar. Amma oğlum hələki yanımdadır. Nəvəmi sığallamaq nədir… Uşaqların xüsusi qoxusu olur. Nəvəmin üzünü, boynunu iyləyirdim. Elə bilirdim ki, dünya mənimdir. Nəvəm elə bil ki, balaca mələkdir. O, evimizin mələyidir. Onun üçün çox darıxıram. Nəvəmin bir neçə paltarını özümdə saxlamışam. Arada bir onları iyləyirəm”, – deyə Nüşabə vurğulayıb.  


Ən son paylaşılan

ən çox oxunan