Saturday, April 19, 2025



ən son paylaşılan

Yasamalda sökülən yaşayış evinin dağıntıları altında qalan olub? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Publika.az xəbər verir ki, hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.

Məsələ ilə bağlı FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

“Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib”,- məlumatda qeyd edilib.


Ən son paylaşılan

ən çox oxunan