Saturday, April 19, 2025



ən son paylaşılan

2 TƏYYARƏ SƏMADA TOQQUŞDU – ANBAAN GÖRÜNTÜLƏR… VİDEO

Fransanın iki kəşfiyyat təyyarəsi Yuxarı Marnda (Haute-Marn) təlim zamanı toqquşub. Metbuat.az xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlim zamanı Fransa kəşfiyyatına məxsus (Patrouille de France) iki “Alpha Jet” reaktiv təyyarəsi Sənt-Dizyedə (Saint –Dizier) 113 saylı hava bazası yaxınlığında toqquşub.

Bildirilir ki, iki pilot və bir sərnişin katapult edə biliblər və şüurlu vəziyyətdədirlər. Üçüncü şəxslərə dəyən ziyan və mümkün mülki itkilərlə bağlı qiymətləndirmə aparılır. Qəza yerinə yaxın olan sement anbarına ziyan dəydiyi deyilir.


Ən son paylaşılan

ən çox oxunan