Saturday, April 19, 2025



ən son paylaşılan

EV ALMAQ istəyənlərin NƏZƏRİNƏ: NAZİRLİK 1000-dən çox mənzili…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq. Milli.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub. Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir. Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.

Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.

Nazirlik eyni zamanda sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.


Ən son paylaşılan

ən çox oxunan