Yeri 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası bürüyüb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan bildirilib. Hadisədən əvvəl Günəşdə böyük bir partlayış baş verib. Mart ayının 24-ü axşama doğru güclü geomaqnit aktivlik gözlənilir. Alimlər qeyd ediblər ki, Yer sahəsindəki dalğalanmalar pis əhvala səbəb ola bilər. Maqnit qasırğası bazar ertəsi günorta saatlarına sarı səngiyəcək. /”Report”