Müəyyən şeylər dəyişmədikcə, ABŞ ilə danışıqlar mümkün deyil. Milli.Az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. “Tehranla danışıqlardan əvvəl Vaşinqton öz siyasətini düzəltməlidir”, – Əraqçi bildirib. Nüvə proqramı ilə bağlı məsələyə gəlincə, İran xarici işlər naziri qeyd edib:
“Fikrimcə, 2015-ci il müqaviləsini indiki formada bərpa etmək olmaz. Bu, maraqlarımıza uyğun deyil, çünki nüvə proqramı ilə bağlı vəziyyətimiz xeyli yaxşılaşıb və artıq əvvəlki şərtlərə qayıda bilmirik”. (Teleqraf)