Saturday, April 19, 2025



ən son paylaşılan

Putin Trampa elə bir HƏDİYYƏ GÖNDƏRDİ Kİ…

“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib”.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Prezident Putin Rusiyanın aparıcı rəssamına prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi” , – deyə S.Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.

Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.


Ən son paylaşılan

ən çox oxunan