Saturday, April 19, 2025



ən son paylaşılan

Havaya qalxan kimi TƏYYARƏNİ İLDIRIM VURDU – Göyərtədə olan 14 nəfər…

Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal sonra ildırım vurub. “Unikal” xəbər verir ki, bu barədə “Aviation Herald” nəşri məlumat dərc edib.

Göyərtəsində 14 nəfərin olduğu ATR-42-600 təyyarəsi Amakusadan Kumamotoya planlı uçuş həyata keçirirmiş. Hündürlük əldə edərkən təyyarəni ildırım vurub və pilotlar hava limanına qayıtmağa qərar veriblər. Eniş uğurlu alınıb. Uçuşdan sonrakı yoxlama zamanı gövdədə ildırım vurmasının izləri aşkar edilib.


Ən son paylaşılan

ən çox oxunan