Qazaxıstanda qayda pozan sürücü cərimələndikdən sonra süni intellektin köməyi ilə məhkəməyə müraciət edib.
Tribunainfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, süni intellektin yazdığı şikayət ərizəsi əsasında məhkəmə qərarı sürücünün xeyrinə ləğv edib.
Belə ki, Almatı şəhərində sürücü xətti keçdiyinə görə cərimələnib. Lakin qabaqdakı yük avtomobili kəsişmədə dayanıb hərəkətə mane olduğuna görə minik maşınının sürücüsü qaydanı pozmağa məcbur olub.
Polis sürücünün bu əsaslandırmasını rədd edib. Bundan sonra həmin şəxs “ChatGPT”yə müraciət edib və məhkəməyə təqdim etmək üçün şikayət hazırlamağı istəyib. Sürücünün bu üsulu işə yarayıb və cərimə ləğv edilib.
Hazırda o, mülki məhkəmədə mənəvi zərərin ödənilməsini tələb edəcək.